Prollar Sistemə qarşı

Eşitdiyimə görə Azərbaycandan Suriyaya 800dən çox adam gedib. Bu rəqəm o qədər böyükdr ki, nəhayət dövləti də narahat etməyə başlayır. Əlbətdə oraya gedən 800 adamın taleyi dövlətin vecinə də deyil. Təki cəhənnəm olub getsinlər. Dövlət başqa məntiqlə düşünür əgər 800 nəfər gedibsə deməli burda heç olmasa 10 min saqqalı var. Bax bu dövlət üçün artıq təhlükədir. Bəs Azərbaycanlılar qeyri-ənənəvi dini cərəyanlara niyə belə rahatlıqla cəlb olunurlar ? Səbəb çox sadədir təhsilsizlikdən. Sistemin ziddiyəti bu məqamda üzə çıxır. Sistem xalqa təhsil verə bilməz, çünki təhsilli xalq sistem üçün təhlükədir. Xalq nə qədər cahil olsa , onu idarə etmək o qədər asandır. Ancaq səndemə belə deyilmiş, cahil kütləni idarə etmək daha çətindir.  Hər gün küçədə gördüyümüz, qara-qura qaqaşlar, hansı ki, təsbeh fırladır, vorzakon söhbətlər edir, adamın üstünə gəyirir bax bu adamlar dini təbliğata qarşı müdafiəsizdirlər, çox rahatlıqla vahabi,sələfi və ya başqa bir şey ola bilərlər. Məsələ ondadır ki, bu insanlar cəmiyyətin çox böyük hissəsini təşkil edir. Corc Oruel bu adamlara  prollar deyir. Yəqinki, 1984 romanını xatırladınız. Həmin romandakı prollar, indi bizim ölkədəki qaqaşlardı. Bu təbəqəni kim yaradıb? Əlbətdəki sistem. Nə üçün? Cahil kütləni idarə etməyin asan olduğunu düşündüy üçün. Ancaq yanılıbmış. Heç bir dəyəri olmayan, həyatlarını boş-boş yaşayan bu prollardan nə istəsən düzəltmək olar, molla, terrorist,rüşvətxor,irəliçi və ya deputat. Ancaq ümumbəşəri dəyərləri mənimsəmiş, insan azadlığını və bərabərliyini prinsip etmiş, aydın düşüncəli insan düzəltmək isə çox çətindir. Sistem qərbdən gələ biləcək fikir təhlükəsinə qarşı qorunma mexanizmi yaradıb. Milli-mentalitet,namus.qeyrət, avroplalılar petuxdur, peysərdir, avropalı qadınlar namussuzdur, avropa bizim əxlaqımızı əlimizdən alır kimi düşüncələri sistem bilərəkdən publikaya təbliğ edir ki, demokratik dəyərlərə qarşı müdafiə mexanizmi yaradsın. Ancaq di gəl ki, bu müdafiə mexanizmi dinə qarşı işləmir. Çünki elə din də təqribən bu fikirləri təbliğ edir, ancaq daha mütəşəkkil, daha duyğusal, daha ilahi yollarla. Onun üçün də mənasız, dəyərsiz, boş həyat yaşayan prollar çox rahatlıqla sistemin istəmədiyi, təhlükəli dindar kütləyə çevrilir. Sistem bu problemi təhsillə həll edə bilər, ancaq təhsilin öz də sistem üçün təhlkükədir. Demək hakimiyyət artıq ziddiyyətlərin içində boğulur əvvəl axır, bir partlayış olmalıdır, vay o gündən ki, o zaman prollar dindar olmuş olsunlar. İndiki vəziyyətdə görünən odur ki, prollar sistemə qarşı təhlükəyə çevrilir. Prolların təhlükəyə çevrilməsi, həm də bizim üçün təhlükədir, çünki onlar bizim istinad etdiyimiz dəyərlər əsasında sistemə qarşı çıxmırlar, onlar həm də bizə qarşıdırlar. Mən belə başa düşürəm ki, hakimiyyət uğrunda mübarizə indiki məqamda prollar uğrunda mübarizədir. Hansı tərəf prolları, öz tərəfinə çəksə, o tərəf də qalib gələcək. Onlar ya inqilabçı, ya vahabi ya da qalstuklu hakimiyyətin işbazlar olacaqlar. ən təhlükəlisi vahabilər olduğu üçün onlara qarşı müəyyən müddət dövlətlə əməkdaşlıq etmək də olar. Tək ümid prollaradır.

Author: Saleh Mehdizade

hec ne

3 thoughts on “Prollar Sistemə qarşı”

  1. Ümid tək prollaradır? Burda yagin siyasi müxalifətə işarə edirsiz. Ancaq prollar dediyiniz kimi bir tərəfdən də potensial vəhabidirlər (ya da ona bənzər ziyanlı qruplar). Onları tərəfinə çəkən onların təhlükəsindən siğortalana biləcəkmi? Ya ölkəni siyasi müstəvidə dəyişmək istəyən gənclik prollardan uzaq dursa, xalq hərəkatı deyilən zadı necə genişləndirəcəklər?

    Məsələyə belə yanaşanda, elə siyası müxalifət də (həm klassik, həm yenilikçi) sistemlə eyni problemi yaşayır. Qalıblar iki arada bir dərədə 🙂

    1. Yalnış anladınız, bir az dəqiqləşdirim. Prolları uğrunda mübarizə aparan güclərdən birinin siyasi müxalifət olduğnu nəzərdə tuturdum. Yenilikçi və klassik müxalifət. “Kim onları öz tərəfinə çəksə o qalib gələcək” – dedniniz. Amma vəhabilərə qarşı dövlətlə əməkdaşlıq etməyin də mümkünlüyündən danışdınız. Söhbət ondan gedir ki, prolları qiciqlarndırmaq və ya sevindirmək hakimiyyətin əlində iki vur ikidir. Prollar onların məhsuludur. Öz yaratdıqlarını bizdən də yaxşı tanıyırlar. Ancaq dini təhlükə mövzusunda mən də razıyam ki, nə vaxtsa bu kütlə fundamental islama yuvarlansa, onları o quyudan heç kim çıxara bilməz. Razılaşmadığım məqam isə odur ki, onlara qarşı mübarizə hakimiyyətin üsulu ilə olmaz. Alternativ variantlari da həyata keçirməyə elə hakimiyyət özü imkan vermir. Ona görə hal hazırda bu güclər pat vəziyyətindədir.

Leave a comment