Özümə bildirməyə borc bildiyim açıqlama

Öz yazısı ilə mənə idea verən Orxan Günəşə təşəkkürümü bildirirəm. Mənim keçmişim islamla sıx bağlı olub və onun hökmlərinin açıqlamasını elə islamçıların öz dillindəndə eşitmişəm. Məndə, uşaqlağımda anlamadığım yalnız indi dərk etdiyimi hisslər oyanırdı ki, bu hisslərdə islamçıların verdiyi cavablardan doğan paradoksların təsirindən yaranırdı. Bu yazı ilə mən öz qohumlarımı və dostlarımı islamı tərk etməyimdə narahat olan və sadəcə məni sevdiyiklərinə görə öz aləmlərindəki haqq yoluna dəvət edən müsəlman dostları və birdə sadəcə insanları aydınlatmaq istəyirəm. Continue reading “Özümə bildirməyə borc bildiyim açıqlama”

Saxta bazis və saxta üstqurum

Yəqin ki, bir cəmiyyəti anlamağın ən yaxşı yollarından biri də o cəmiyyətdə yaşayan insanların hansı işlərdə çalışdığını və ya o cəmiyyətdə hansı işlərə daha çox tələbatın olduğunu bilməkdir.  Əvvəllər iş axtarmaq üçün tez-tez iş elanlarına baxırdım, iş tapmayacağımı anlayandan sonra isə camaat nə işlərlə məşğul olur deyə iş elanlarına baxmağa davam elədim. Ən çox iş elanı nəyinsə satılması ilə bağlı idi.  Satış təmsilçisi, satışın təşkili, satış meneceri, reklam mütəxəssisi, marketinq və.s  Demək kapitalizm təkcə qaba forması ilə yox, həm də bəzəkli siması ilə artıq ölkəmizdədir. Continue reading “Saxta bazis və saxta üstqurum”

Təsadüfi və zəruri hadisələr.

İndiyə qədər dəfələrlə müxtəlif insanlar tərəfindən “Təsadüf deyə bir şey yoxdur, hər şey zərurətdir, çünki hər şeyin səbəbi var” və.s bu kimi sözlər eşitmişəm. Ölkəmizdə təhsil səviyyəsinin aşağı olması bir tərəfə, dilimizdə çoxlu alınma sözlərin olmasının da səbəbindən insanlar danışdığının yarısını anlamır. (bax: Azərbaycanca düşünmək) Gündəlik nitqi anlamaq olar, o qədər də mürəkkəb deyil, ancaq yazıya keçəndə, artıq vəziyyət dəyişir və oxuduğumuz bir çox sözləri daha dəqiq desək anlayışları anlamırıq. Təsadüf və zərurətdə bu qəbildən olan sözlərdəndir. Continue reading “Təsadüfi və zəruri hadisələr.”

Qırmızı xətlər – Ukraynada və başqa yerlərdə

noamchomskyIndiki Ukraina böhranı o qədər ciddi, o qədər təhlükəlidir ki, hətta bəzi şərhçilər onu 1962ci il Kuba raket böhranı ilə də müqayisə edirlər.

Köşə yazarı Tanasis Cambanis problemin kökünü The Boston Globe-da qısaca açıqlayır. (President Vladimir V.)

Putinin Krımı anneksiyası Amerika və onun müttəfiqlərinin soyuq müharibədən bu günə yaratdıqları düzəni aradan qaldırır Continue reading “Qırmızı xətlər – Ukraynada və başqa yerlərdə”

Dialektika nədir?

Aydın məsələdir ki, bəşər tarixi inkişaf edir, dəyişir, bir keyfiyyət mərhələsindən yenisinə keçir. Tarix enişlər və qalxışlarla müxtəlif yollar keçərək keçmişdən günümüzə,günümüzdən də gələcəyə doğru inkişaf edir. Bu həqiqət gün kimi, aydın olsa da, bu inkişafın necə baş verdiyi, hansı qanunlar əsasında həyata keçdiyi, hansı mexanizmlərlə fəaliyyət göstərdiyi gün kimi aydın deyil. Tarixin inkişafını anlamaqda bizə kömək edən metodlardan biri, belə demək mümkünsə ən çox ağlabatan və ən çox müakirə olunan metod dialektikadır. Dialektika inkişafı anlamağın universal metodudur. Continue reading “Dialektika nədir?”

Statuslar itməsin.

Bir adam düşünün, müxalif düşüncələri olan, xalqının bu günki faciələrinə görə səmimi iztirab çəkən və faydalı olmağa çalışan bir adam. Marrifçiliklə məşğul olur, istəyir ki, aydın düşüncəli fərdlər yetişdirsin, hətta ayrı-ayrı fərdləri dəyişdirib axırda, bütün xalqı dəyişdirə biləcəyinə də inana bilər. Ancaq həm də başa düşür ki, padşahla padşahlıq etmək olmaz. Odur ki, hökumətin qoyduğu şərtlər daxilində fəaliyyət göstərir. Mən siyasətlə məşğul olmuram, maarifçiyəm deyir özünə. Bir müddət sonra maarifçimiz, kiçik layihələr udur, bu layihələri həyata keçirir özünə də üçdən beşdən qalır. Yenə də hökumət əleyhinə bir fəaliyyəti yoxdur. Daha sonra layihələrin həcmi böyüyür, artıq maarifçimiz, “qeheteşnik”ə çevrilir. Daha böyük pulların qoxusu gəldikcə, onun da fikirləri və statusu dəyişir. Bir də gözünü açır ki, artıq saqqalı yoxdur, boğazında bir qalstuku var. Hansı ki, o qalstukun ucundan hökumət tutub.
Heç fikirləşmirsiniz ki, hökumətlə əməkdaşlıq edərək aparılan maarifçilik, əslində hökumətin öz xeyrinədir, siz nə qədər əksini iddia etsəniz də, hökumətin oyuncağısınız?
Əsl maarifçilik, birinci beyinlərdəki tabuları dağıtmalı, sonra o dağıdılmış tabuların yerinə, indiki vəziyyətdə diktaturanın əksi, olan demokratiyanı yerləşdirməlidir. Maarifçilik demokratik dəyərləri xalqa sevdirməlidir ki, onun əsasında diktaturanı tənqid edə bilsin və nəhayət maarifçi anlamalıdır ki, maarifçilik tam nəticəyə çata bilməz. Maarifçiliyin məqsədi inqilabı yetişdirmək olmalıdır. Əgər siz bunları etmirsinizsə onda maarifçi deyilsiniz,bəylər.

İnkişaf nədir ?

Spiral_galaxy_arms_diagramAzərbaycan dilində gündəlik işlətdiyimiz inkişaf sözü çox zaman tərəqqi,proqres sözü ilə sinonim sözlər olaraq başa düşülür. Ancaq fəlsəfi termin kimi inkişaf sözünün anlamı daha genişdir. Söz  ərəbcə “kşf” kökündən yaranmışdır “kəşf” ( meydana çıxma, açılma ) sözünün  infial vəznində məsdəridir (Bax: Nişanyan SözlükContinue reading “İnkişaf nədir ?”

Fəhlə və Əsgər

image003Dördüncü bir müharibə ili ordu və ölkə üçün fəlakət deməkdir…
İnqilabçı Petrograd təhlükədədir. Əks-inqilabçılar xalqın problemlərini gördükcə sevinir və ona son zərbəni vurmaq üçün hazırlaşırlar. Ümidsiz kəndlilər açıq-aşkar baş qaldırırlar Continue reading “Fəhlə və Əsgər”

Feuerbach haqqında Tezislər

Karl_MarxFeuerbach haqqında Tezislər, Karl Marxın 1845də yazdığı on bir qısa fəlsəfi qeyddir.Bu qeydlər Marxın sonralar edəcəyi idealizm tənqidinin ilkin layihəsi kimi də qəbul oluna bilər.

Marx sağlığında tezisləşi nəşr etdirməmiş, ölümündən sonra Engels tərəfindən tərtib edilərək  1888-ci ildə nəşr olunur.. Original mətn isə 1924-cü ildə tapılır.

Azərbaycan dilinə Türkcə, İngiliscə və Azərbaycan dilində köhnə üslubdakı tərcümələri əsasında tərcümə etdim Continue reading “Feuerbach haqqında Tezislər”